Hikmətli sözlər





Elmə aid loqo və poster



Gəndov kənd ümumi
orta məktəbi
Əsgərov Ceyhun
Şah Abbas və vəzirləri
Şah Abbasın iki vəziri var idi.Şeyx Bə- hai və Mir Daməd.Bir gün şah vəzirləri ilə gəzintiyə çıxır. Mir Damədin mindiyi at Şeyx Bəhainin atından azacıq geri qalırdı.Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir.Buna görə Mir Damədə yaxınlaşıb deyir:
-Görursənmi,Şeyx Bəhai bizi saymır,özünü bizdən üstün bilir.Ona görə atını çapıb bizdən irəli düşüb.
Mir Daməd şaha belə cavab verir:
-Şeyx Bəhaidə günah yoxdur.Onun atı bu cür

alimi belində gəzdirdiyi üçün sevincindən qanad açıb uçur,ona görə də Şeyx Bəhai bizdən irəli keçib. Sonra Şah Abbas atını sürüb Şeyx Bəhaiyə çatır və ona söyləyir:- Mir Damədi görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir.Ona görə özünü kənara çəkib,bizdən arxada qalıb.
Şeyx Bəhai isə belə cavab verir:
-Şah sağ olsun,Mir Damədin mindiyi at onun elm və əxlaqının ağırlığından ləng tərpənir.Görün Mir Damədin atı nə böyüklükdə bir alimin yükünü çəkir.Ona görə heç təəccüblü deyil ki,onun atı bizimkindən geri qalır.Şah Abbas başa düsür ki, vəzirlərinin ürəkləri də elmləri qədər böyükdür.

Elmlə,hünərlə, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Bütün əməllər insanın
özünə qayıdır.
XIX əsrin əvvəllərində bir şotland
fermeri bataqlığın yanından
keçərək evə qayıdırdı.Birdən o kiminsə kömək çağırışını eşidir.Fermer dərhal kömək üçün səs gələn tərefə qaçır və batan bir oğlan uşağını görür. Oğlan bataqlığın ölüm saçan ağırlığından xilas olmağa çalışır,lakin bu çapalama onu ölümə daha çox yaxınlaşdırırdı. Oğlan qorxu və ümüdsizlik içində qışqırırdı. Fer-
mer tez bir qalın ağac budağı tapıb ehtiyatla

ora yaxınlaşır və ağacı batan oğlana uzadır.Oğlan təhlükəsiz yerə çıxır.O soyuqdan və həyəcandan əsir göz yaşlarını saxlaya bilmirdi.Lakin əsas bu idi ki, o xilas olmuşdu.
-Bizə gedək, - deyə fermer ona təklif etdi.- Sən sakitləşməli, paltarını qurutmalı,isinməlisən.
- Yox,yox,- oğlan dedi,- atam məni gözləyir.O,yəqin, çox narahatdır.Minnətdarlıq ifadə edən gözlərlə xilaskarına baxan oğlan təşəkkür edib evlərinə gedir...
Sabah səhər tezdən fermer onun qapısına gözəl bir karetanın yaxınlaşdığını gördü. Karetadan çox şıq və bahalı geyimli bir centlmen cıxıb ona sualla müraciət etdi: - Dünən mənim oğlumu sizmi xilas etmisiniz ?- Bəli,mən,-fermer cavab verir.
-Mənim sizə borcum nə qədər olacaq? - Xətrimə dəyməyin, cənab.Siz mənə borclu deyilsiniz, çünki mən hər bir normal insanın edəcəyi hərəkəti yerinə yetirdim. - Yox ,bilirsiniz ,oğlum mənə çox əzizdir.İstədiyiniz məbləği deyin.
Fermer getmək üçün geri döndü.Bu zaman onun oğlu evdən çıxdı. - Bu sizin oğlunuzdur?- deyə varlı qonaq soruşdu. -Bəli ,fermer fərəhlə oğlunun başını sığalladı. Gəlin belə edək.Mən sizin oğlunuzu özümlə Londona aparım, onun təhsil haqqını ödəyim.Əgər o atası kimi alicənabdırsa, onda nə siz, nə mən bugünkü hərəkətimiz üçün heyifslənmə- cək,peşman olmayacağıq.
Bir neçə il keçdi. Fermerin oğlu əvvəl məktəbi ,sonra Tibb Uni-
versitetini bitirdi.Bir müddət sonra o,pensilini kəşf edən insan kimi bütün dünyada tanındı. Bu,AleksandrFleminq idi.
Müharibə başlamazdan əvvəl bahalı London klinikalarının birinə həmin varlı cənabın ağır formada sətəlcəm olmuş oğlunu gətirmişdilər. Bu dəfə də həmin varlı oğlanı fermer oğlunun kəşf etdiyi pensilin dərmanı sayəsində xilas etdilər.Fleminqin təhsil pulunu ödəyən həmin varlı kişinin adı Randolf Çörçill idi.Onun oğlu isə iki dəfə Fleminqlər ailəsi tərəfindən ölümdən xilas edilən,sonradan İngiltərənin baş naziri olmuş Vinston Çörçilldir.
Sonralar hər dəfə bu hadisəni xatırlayan V.Çörçilli deyirdi:
"Bütün əməllərin sənə qayıdır"




Lənkəran 7 saylı məktəb
Mehmanə Heydərova

Axmaqlarla oturub durmaqdansa
Kitabla tənha oturmaq yaxşııdır.
Qasım bəy Zakir



Gəndov kənd ümumi
orta məktəbi
Ələsgərova Günel
Kərpickəsən qocanın hekayəti
Şam şəhərində qoca bir kişi yaşayırdı. Palçıq- dan kərpic kəsib satmaqla dolanırdı.Öz işini mahir ustası idi.Onun kəsdiyi kərpiclər çox möh- kəm olurdu.Bir sözlə qoca olsa da ,çörəyini minnətsiz qazanırdı.Geyməyə bir şey tapmayanda yaşıl otlardan özünə köynək toxuyurdu.Qizmar bir yay günündə kərpickəsən qoca tərini silə- silə palçıq qarışdırırdı.Bu zaman yoldan keçən cavan bir oğlan qocanın necə əziyyət çəkdiyini görüb dedi: - Ey qoca, sən niyə belə ağır zəhmətə qatlaşırsan?Yaşlı adamsan, özünə yazığın gəlsin.Bu qədər əziyyətin qabağında qazandığın bir qarın çörəkdir.O çörəyi kimdən istəsən səndən əsirgəməz.
Qoca bir anlığa əl saxlayıb diqqətlə cavanı süzdü.
-Deyirsən özümə yazığım gəlsin?! Mən o zaman yazıq olaram ki, gəlib sənin qarşında bir parça çörək üçün əl açım! Bu əziyyəti ona görə çəkirəm ki, alnıaçıq,üzüağ yaşayım.Qolumda az - çox gücü olan adamın başqasına əl açması şərəfsizlikdir.Şərəfsizlik isə ölümdən betərdir.Qocanın sözləri cavana təsir etdi.O, dediklərindən peşman oldu.Şərəflə yaşayan bu qoca onun gözündə ucaldı. Hörmətli bir insana çevrildi.O, qoca kərpickəsənə ədəblə baş əydi və yoluna davam etdi.
Nizami Gəncəvi

Bir çox sifətlər var insanda hələ,
Almasan yaxşıdır onları dilə,
Pis sözü ağzına alınca insan,
Qarnında öldürsə yaxşıdır inan.
Bu dünya dolanıb döndükcə rüzgar,
Qoy səndən yaxşı söz qalsın yadıgar.

Ümidin sönməsin ,dünya olsa dar,
Hər qara buluddan ağ yağış yağar.

Kamalına görədir şan- şöhrətin dünyada
Onsuz adın,hünərin olar çətin dünyada.









Gəndov kənd ümumi
orta məktəbi
Zeynalova Vüsalə



Bir elmi öyrənmək istədikdə sən ,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da ,insan
Yaxşıdır yarımçıq papaqçılıqdan

Siçan Və dəvə
Keçmiş zamanlarda bir siçanla dəvə dost
olmuşdular.Siçan özündənrazı və lovğanın
biri,dəvə isə ağıllı və müdrik idi.Günlərin bir günü siçan dəvəyə dedi:
-Artıq buralarda yaşamaq məni bezdirdi. Gəl yaşamaq üçün başqa yer seçək.Mən hər tərəfi beş barmağım kimi tanıyıram.Sənə bələdçılık edərəm.
dəvə dostunun xətrinə dəyməmək üçün razılaşdı. Siçan qabaqda,dəvə də onun arxasınca yola düşdülər. Az getdilər ,üz getdilər,dərə,təpə düz getdilər,axırda gəlib kiçik bir çayın kənarına çatdılar. Siçan qorxa -

qorxa dedi:
-Mənbu çaydan keçə bilmərəm.
Dəvə gülümsənərək dedi:
-Niyə ? Bu ki,çox balaca bir çaydır,nədən qorxursan?
-Yox,yox.Bu çay sənə balaca gəlir,amma biz siçanlara onun suyu nəhəng dərya kimi görünür.
-Axı sən dedin ki,mənə bələdçilik edəcəksən.Ona görə də gərək qabağa özün düşəsən.
Siçan nə deyəcəyini bilmədi.Utandığından başını aşağı salıb qıpqörmızı qızardı.Yersiz lovğalıq etdiyi üçün özünü qınadı.
Artıq bələdçılıkdən əl çəkirəm. Söz verirəm ki, bundan sonra ayağımı yorğanıma görə uzadacağam. M.C.Rumi


Atanın oğluna nəsihəti
Oğul sözlərimə yaxşı qulaq as,
Ata nəsihəti faydasız olmaz:
Nə hiyləgər,nə də vicdanı dar ol,
Hal bilən,hal duyan bir sənətkar ol.
Məndən söyləməkdir ,səndən eşitmək:
Bir insan əliboş gəzməsin gərək.
Nizami Gəncəvi
- Full access to our public library
- Save favorite books
- Interact with authors
Hikmətli sözlər





Elmə aid loqo və poster
- < BEGINNING
- END >
-
DOWNLOAD
-
LIKE(2)
-
COMMENT()
-
SHARE
-
SAVE
-
BUY THIS BOOK
(from $10.39+) -
BUY THIS BOOK
(from $10.39+) - DOWNLOAD
- LIKE (2)
- COMMENT ()
- SHARE
- SAVE
- Report
-
BUY
-
LIKE(2)
-
COMMENT()
-
SHARE
- Excessive Violence
- Harassment
- Offensive Pictures
- Spelling & Grammar Errors
- Unfinished
- Other Problem
COMMENTS
Click 'X' to report any negative comments. Thanks!